...

Ankara Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Noyabr 2008 13:57 (UTC +04:00)
Ankara Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyir

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir B.Həsənov / Rəsmi Ankara Türkiyədə Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyir. Türkiyə KİV-nin verdiyi xəbərə görə, bu barədə Kolumbiya Universitetində keçirilən konfransda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçirilən son görüşü barədə danışan Turkiyə Baş naziri, bu dövlətlərin rəhbərlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamtində əhəmiyyətli addım atdıqlarını bildirib.

Noyabrın 2-də Moskvada Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü baş tutub, görüşün yekunu üzrə Moskva bəyannaməsi imzalanıb.

Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri Qafqazda vəziyyətin sağlamlaşdırılması üzərində birgə işləmək barədə razılığa gəliblər, həmçinin xarici işlər nazirlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işi davam etdirməyi tapşırıblar. Bəyannamə beynəlxalq hüquq norma və prinsipləri, bu çərçivədə qəbul olunan qərar və sənədlər əsasında nizamlanmanı nəzərdə tutur ki, bu da regionda iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq.

Türkiyə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi, BMT tərəfindən Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul olunan qətnamələrin reallaşdırılmasının sürətləndiriləmsinə yardım göstərməyə hazırdır. Türkiyə oktyabrdan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti