...

Ermənistan Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılmasını zəruri sayır - XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2008 14:32 (UTC +04:00)
Ermənistan Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılmasını zəruri sayır - XİN rəhbəri

Finlandiya, Helsinki, 05 dekabr / Tren , müxbir İ.Qusatinskaya/ Ermənistan Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılmasını zəruri sayır. Ermənistan XİN rəhbəri Edvard Nalbandyan cümə günü, ATƏT xarici işlər nazirlərinin Helsinkidə keçirilən illik iclasında çıxış edərkən Avropada yeni təhlükəsizlik arxitekturasının yaradılmasının zəruriliyini bildirib və Fransa və Rusiya prezidentlərinin bu məsələ ilə bağlı danışıqlara başlanması ideyasını dəstəkləyib.

Ermənistan XİN rəhbəri deyib ki, dünyada sülhün möhkəmlənməsi işi ilə xarakterizə olunan Helsinkidə münaqişələrin həlli istiqamətində həqiqətən də səmərəli qərarların əsasının qoyulması simvolik olardı. Nazirin sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bütün beynəlxalq təşkilatlarla konstruktiv əməkdaşlıqda maraqlıdır.

Ermənistan Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayonu işğal edib. İşğal 1988-ci ildə başlanıb. 1991-ci ilin dekabrınadək Dağlıq Qarabağ (Şuşa və Xocalı istisna olmaqla) Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəsə dair saziş əldə olunub. Tərəflər bu günədək ATƏT-in Minsk Qrupunun vasitəçiliyilə sülh danışıqlarını davam etdirirlər.

Nalbandyan deyib ki, Dağlıq Qarabağda münaqişənin nizamlanması Moskvada yeni impuls qazanıb və proses sürətlənib. Noyabrın 2-də Moskvada Azərbaycan, Ermənsitan və Rusiya prezidentlərinin görüşü keçirilib və yekunda Moskva bəyannaməsi imzalanıb.

Amma Ermənistan xarici işlər nazirinin sözlərinə görə, Azərbaycan Moskva bəyannaməsinin münaqişənin güc yolu ilə həllini qadağan etməməsini düşünməklə, sənədin bütün bəndlərini yanlış şərh edir. Eyni zamanda Nalbandyan ATƏT üzvü olan ölkələrin Azərbaycanın kütləvi silahlanmasına adekvat reaksiya verməmələrinə təəccübləndiyini bildirib.

Nazir Ermənistan-Türkiyə münasibətləri ilə bağlı deyib ki, Avropada stabillik üçün bu münasibətlərin normallaşması vacibdir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti