Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 18-də saat 20.15-dən 20.30-dək və fevralın 19-da saat 01.00-dan 01.10-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.