Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 2-də saat 17.30-dan 17.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 18.50-dən 19.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.