...

Rəsmi Bakı danışıqların sonrakı mərhələlərində Yerevanın konstruktiv mövqe tutacağını gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2009 12:19 (UTC +04:00)

ABŞ, Vaşinqton, 19 sentyabr / Trend , N.Boqdanova /

Rəsmi Bakı Yerevanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların sonrakı mərhələlərində konstruktiv mövqe tutacağını gözləyir.

"Danışıqlar Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanıb və bu məsələ üzrə rəsmi Bakının mövqeyi dəyişməyəcək. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüqüq çərçivəsində tənzimlənməlidir", - Azərbaycan Prezidentinin Dağlıq Qarabağ məsələləri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov Vaşinqtonda Trend -a deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası zəminində baş verib. Dağlıq Qarabağ və ona birləşik yeddi rayon - ümumilikdə Azərbaycan ərazisinin 20 faizi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayında atəşkəs elan edilib, bundan sonra ATƏT-in Minsk qrupunuin himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Əzimov deyib ki, rəsmi Bakı danışıqların növbəti mərhələlərində Yerevanın konstruktiv mövqe tutacağını gözləyuir.

Ermənistan və Türkiyə ilə sərhədlərin açılması barədə suala cavab verən Əzimov deyib ki, Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlu başda olmaqla, Türkiyə liderləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanın işğal edilən əraziləri azad edilməyincə sərhədlər açılmayacaq. "Bakı bu bəyanata inanmaqda davam edir", - o bildirib.

Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə Protokol"un imzalanmasına dair "daxili siyasi konsultasiyalar"ın başlanması barədə razılıq əldə ediblər. Bu barədə Türkiyə XİN-dən məlumat verilib.

"Siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatacaq, bunun ardınca isə daha iki protokol imzalanacaq və təsdiqlənməsi üçün iki ölkənin parlamentlərinə təqdim ediləcək", - Türkiyə XİN-in məlumatında deyilir.

Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr yoxdur və onlar arasındakı sərhədlər 1993-cü ildən bağlıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti