...

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in MQ-nun həmsədrlərindən Madrid sənədinə məsləhətlərinin daxil etməsini xahiş edib - ATƏT-in MQ-nun amerikalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Oktyabr 2009 04:03 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in MQ-nun həmsədrlərindən Madrid sənədinə məsləhətlərinin daxil etməsini xahiş edib. Bu barədə cümə günü Kişinyovda ATƏT-in MQ-nun amerikalı həmsədri Robert Bradtke Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunları üzrə bəyanatında bildirib.
Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in MQ-nun həmsədrlərindən Madrid sənədinə məsləhətlərinin daxil etməsini xahiş edib - ATƏT-in MQ-nun amerikalı həmsədri

Moldova, Kişinyov,  8 oktyabr / Trend , xüsusi müxbir Y.Kudinova /

Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in MQ-nun həmsədrlərindən Madrid sənədinə məsləhətlərinin daxil etməsini xahiş edib. Bu barədə cümə günü Kişinyovda ATƏT-in MQ-nun amerikalı həmsədri Robert Bradtke Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunları üzrə bəyanatında bildirib.

"Sənədin əsas prinsipləri - gücün tətbiq olunmaması, öz müqəddəratını təyin etmə hüququ və sərhədlərin bütövlüyüdür,  - Bradtke deyib, - Prezidentlər bununla razıdır".

Bu görüş Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi üzrə il yarım ərzində sayca yeddincidir.

Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-18-də Moskvada keçirilən sonuncu görüşü son il ərzində altıncı görüş olub. Prezidentlərin əvvəlki danışıqları iyunun 4-də Sankt-Peterburqda baş tutub. Həmin görüş Qarabağ münaqişənin nizamlanması üzrə prezidentlər arasında yüksək səviyyədə keçirilən beşinci görüş olub. Ondan əvvəlki görüş mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüş 2008-ci ilin noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə Çürixdə bu ilin yanvar ayının 28-də baş tutub.

Bradtkenin sözlərinə görə, prezidentlər yaxınlaşdırma yollarını axtarırlar.

"Bu mənim prezidentlərlə birinci görüşüdür. Onlar müzakirə olunan məsələyə çox böyük diqqət yetiriblər və bir-birinin mövqeyini nəzərə alırdılar", - Bradtke deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti