...

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın diversiya qrupunu zərərsizləşdirdiyi haqqında məlumatı təkzib edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Mart 2010 12:02 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın diversiya qrupunu zərərsizləşdirdiyi haqqında məlumatı təkzib edir.
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın diversiya qrupunu zərərsizləşdirdiyi haqqında məlumatı təkzib edir

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Azərbaycanın diversiya qrupunu zərərsizləşdirdiyi haqqında məlumatı təkzib edir.

"Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın diversiya qrupunu zərərsizləşdirdiyi haqqında yaydığı məlumat tamamilə yalan və uydurmadır", - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Abbas Şirinov şənbə günü Trend -a məlumat verib.

"Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları Azərbaycan diversiya qrupunu zərərsizləşdirib", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Novosti Armeniya" agentliyinə məlumat verilib.

Məlumata əsasən, martın 3-dən 4-nə keçən gecə Azərbaycandan Ermənistanın Tavuş vilayətinin Koti kəndi yaxınlığında 5-6 nəfərdən ibarət silahlı diversiya qrupu Ermənistan ərazisinə soxulub.

"Ermənistan tərəfinin xüsusi tədbirlər görməsi nəticəsində qrup zərərsizləşdirilib, Azərbaycan tərəfindən itki var. Bir cəsəd Ermənistan tərəfində qalıb, bir ağır yaralı diversant xəstəxanaya aparılarkən həlak olub, daha bir cəsəd neytral zonada qalıb", - məlumatda deyilir.

Müdafiə Nazirliyinin məlumatına əsasən, diversiya qrupunun digər üzvləri sərhədi keçərək qaçmağa nail olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti