...

Türkiyə Dağlıq Qarabağda qondarma"seçkilər" in keçirilməsini kəskin şəkildə mühakimə edir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2010 14:50 (UTC +04:00)
Türkiyənin Xarici İşlər Nazirliyi cümə axşamı ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində "parlament seçkiləri"nin keçirilməsi ilə bağlı kəskin şəkildə etiraz bəyanatı verib, - "Cihan" agentliyi xəbər verir.
Türkiyə Dağlıq Qarabağda  qondarma"seçkilər" in keçirilməsini kəskin şəkildə mühakimə edir (ƏLAVƏ OLUNUB)

Türkiyənin Xarici İşlər Nazirliyi cümə axşamı ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində "parlament seçkiləri"nin keçirilməsi ilə bağlı kəskin şəkildə etiraz bəyanatı verib, - "Cihan" agentliyi xəbər verir.

Türkiyə Dağlıq Qarabağda erməni separatçıları tərəfindən mayın 23-də keçirilməyi planlaşdırılmış "seçkilər"i tanımır.

"İşğal olunmuş Azərbaycan ərazilərində beynəlxalq hüquq normaları kobud şəkildə pozulur", - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Separatçı rejimin keçirdiyi bu "seçkilər" BMT-nin Təhlükəsizlik Şurasınn qətnamələrini və AŞPA-nın Minsk qrupunun prinsiplərini pozur.

"Türkiyə Azərbaycanın ərazi və siyasi bütövlüyünü dəstəkləyir, işğal olunmuş torpaqlarda "parlament seçkiləri"nin keçirilməsinin yolverilməz olduğunu bildirir", - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında belə qeyd olunur.

"Bu "seçkilər"in heç bir hüquqi əsası yoxdur və onun nəticələri qəbul olunmayacaq", - nazirliyin bəyanatında deyilir.

İlk öncə Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda "seçkilər"in keçirilməsi ilə bağlı rəsmi etirazını bildirib.

"Bu cür "seçkilər"in keçirilməsi Azərbaycan Konstitusiyasının mövcud qanunlarına və beynəlxalq hüquq normaları və prinsiplərinə ziddir; belə ki, Dağlıq Qarabağın köklü əhalisi olan azərbaycanlıların iştirakı olmadan keçirilir və buna görə də heç bir hüquqi əsaslara malik deyil", - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

AŞPA-nın Cənubi Qafqazda sabiq, "Moris Bono" Demokratiya və Əməkdaşlıq İnstitutunun Parisdəki idarəsinin hazırkı nümayəndəsi "seçkilər"in gedişatını izləyəcək", - Ermənistan KİV yazır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır..

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti