...

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir - Almaniya Səfirliyinin müşaviri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyul 2010 12:24 (UTC +04:00)
"Hər iki cəmiyyətdə kök salmış stereotiplər var ki, konfliktin həllinə maneçilik törədir. Bu münaqişənin həllində kompromis labüddür", - Pöter əlavə edib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir - Almaniya Səfirliyinin  müşaviri

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir T. Hacıyev/

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyinin və Almaniya Xarici Mədəni Əlaqələr İnstitutunun dəstəyi ilə təşkil olunan "Sülh və ya qələbə: münaqişəyə baxış" mövzusunda keçirilən tədbirdə Almaniyanın Azərbaycandakı Səfirliyinin siyasi məsələlər üzrə müşaviri Florian Pöter deyib.

"Hər iki cəmiyyətdə kök salmış stereotiplər var ki, konfliktin həllinə maneçilik törədir. Bu münaqişənin həllində kompromis labüddür", - Pöter əlavə edib.

ATƏT-in Bakı ofisinin baş polis müşaviri Marko Kubniz çıxışında bildirib ki, Qarabağ münaqişəsinin həlli yolunda ilk öncə siyasi iradə olmalıdır.

"ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı çoxsaylı diskussiyalar həyata keçirilir. Münaqişənin həlli üçün ən yaxşı vasitəçilər seçilsə belə, tərəflərdə kompromisə getmək üçün siyasi iradə yoxdursa, heç bir nəticə əldə etmək mümkün olmayacaq",  - Kubni deyib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93- cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağ ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb; 1997-ci ildən Minsk qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərirlər.

Xəbər lenti

Xəbər lenti