Azərbaycan, Bakı, 7 avqust /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 6-da saat 14:30-dan 15:05-dək və avqustun 7-də saat 00:35-dən 01:40-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdən, Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:20-dən 00:35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələirnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.