...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Avqust 2010 09:49 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Müdafiə Nazirliyi mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 11-də saat 09.35-dən 09.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi;
- saat 18.10-dan 18.20-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi;
- saat 07.20-dən 07.30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17.05-dən 17.30-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən:
- saat 19.20-dən 19.25-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- avqustun 12-də saat 01.00-dan 01.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrnin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti