...

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Avqust 2010 09:47 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-da saat 22:45-dən 22:50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- avqustun 20-də saat 02:50-dən 03:10-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 00:55-dən 01:10-dək və 03:40-dan 03:55-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti