...

Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Sentyabr 2010 11:34 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 31-də saat 18:50-dən 19:00-dək Ermənistan Respublikası İcəvan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndindəki mövqelərimizi;

- saat 15:00-dan 16:00-dək Füzuli rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 16:30-dan 16:40-dək, 23:40-dan 01:35-dək fasilələrlə Tərtər rayonunun Çaylı və Qızıloba kəndləri yaxınlığındakı mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti