...

Azərbaycan və Ermənistan tərəfində bir mülki şəxs və bir hərbi əsir öz ölkələrinə qayıtmaq istəyir - BQXK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2010 14:56 (UTC +04:00)
Azərbaycan və Ermənistan tərəfində bir nəfər mülki şəxs və bir hərbi əsir öz ölkələrinə qayıtmaq istəyir.
Azərbaycan və Ermənistan tərəfində bir mülki şəxs və bir hərbi əsir öz ölkələrinə qayıtmaq istəyir - BQXK

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Ermənistan tərəfində bir nəfər mülki şəxs və bir hərbi əsir öz ölkələrinə qayıtmaq istəyir. Bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Şerin Pollini bildirib.

"Mülki və hərbi əsirin qaytarılması istiqamətində danışıqlar davam etdirilir, amma hələ ki heç bir razılaşma əldə olunmayıb", - Pollini deyib.

Azərbaycan Ordusunun kiçik çavuşları Roman Hüseynov bu il avqustun 27-də, Anar Hacıyev isə 2009-cu il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.

Azərbaycanda isə 12 nəfər Ermənistan vətəndaşı əsir və girovluqda saxlanılır.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər".

Pollini bildirib ki, BQXK saxlanılan şəxslərin öz ölkələrinə qayıtmaq arzusunda olduqlarını bildirdikləri zaman vasitəçi kimi iştirak edir.

"Əgər bu razılaşma yoxdursa, BQXK belə danışıqlarda iştirak etmir", - o, əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti