...

Ermənistan Silahlı Qüvvələri son bir gündə altı dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2011 11:16 (UTC +04:00)
Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bazar ertəsi mətbuata açıqlamasında deyib.
Ermənistan Silahlı Qüvvələri son bir gündə altı dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri ötən gün altı dəfə atəşkəsi pozub.

Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bazar ertəsi mətbuata açıqlamasında deyib.

O, bildirib ki, yanvarın 23-də saat 13:00-dan 13:35-dək və saat 14:35-dən 14:40-dək Ermənistan Respublikasının İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 17:10-dan 17:15-dək İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, saat 18:10-dan 18:15-dək Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 19:10-dan 19:15-dək, 20:40-dan 20:50-dək, 22:20-dən 22:25-dək İcevan rayonunun Ayqovit, Azatamut və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Cəfərli və Qızıl Hacılı kəndində yerləşən mövqelərimizi avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti