Azərbaycan, Bakı, 2 mart /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 1-də saat 18.30-dan 18.45-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən;
- martın 2-də saat 00.10-dan 00.15-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 01.25-dən 01.35-dək və 05.50-dən 06.35-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.