...

Ermənistan dövlətinin rəhbərinin tarixi savadsızlığı təəccüblüdür - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2011 21:44 (UTC +04:00)
Ermənistan rəhbərinin tarixi savadsızlığı təəccüblüdür. O bilmir ki, nə Dağlıq Qarabağ, nə də Naxçıvan heç vaxt Ermənistanın tərkibinə daxil olmayıb, Ermənistan heç vaxt bu cür mövcud olmayıb.
Ermənistan dövlətinin rəhbərinin tarixi savadsızlığı təəccüblüdür - Azərbaycan XİN

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Tariverdiyeva/

Ermənistan rəhbərinin tarixi savadsızlığı təəccüblüdür. O bilmir ki, nə Dağlıq Qarabağ, nə də Naxçıvan heç vaxt Ermənistanın tərkibinə daxil olmayıb, Ermənistan heç vaxt bu cür mövcud olmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov Trend-ə Ermənistan Prezidenti Serj Sarkisyanın Rusiyanın "Moskovskiye Novosti" qəzetinə müsahibəsini şərh edərkən deyib.

"Naxçıvan və ermənilərin onun Azərbaycanın tərkibinə daxil olması ilə heç vaxt razılaşmadığı barədə danışan Ermənistan Prezideni birbaşa Azərbaycana ərazi iddialarının davam etdirilməsindən bəhs edir", - Poluxov bildirib.

Qonşu dövlətin rəhbərinə xatırlatmağa dəyər ki, 19-20-ci əsrlər boyunca dəfələrlə ermənilərin Azərbaycanın tarixi ərazilərinə kütləvi şəkildə köçürülməsi aparılıb, Ermənistanın indiki paytaxtı İrəvan şəhərində isə əsasən azərbaycanlılar məskunlaşıb. Poluxov qeyd edib.

"Sovet hakimiyyətinin ilk illərində Sovet İttifaqı Kommunist Partiyasının Qafqaz bürosu Ermənistanın tərkibindən onun tarixi vilayəti Dağlıq Qarabağ və Naxçıvanın çıxarılması və bu regionların Azərbaycanın tərkibinə verilməsi ilə bağlı qərar qəbul edib", - Sarksiyan müsahibəsində bildirib.

Sarkisyanın sözlərinə görə, 1990-1991-ci illərdə Ermənistan bildi ki, daxili qoşunlar Dağlıq Qarabağdan gedəcəklər. "Daxili qoşunların çıxarılması ərəfəsində biz artıq başa düşdük ki, öz problemlərimizlə təkbaşına qalırıq və sonradan səs-küylü hadisələr olacaq", - o müsahibədə qeyd edib.

Poluxovun sözlərinə görə, Serj Azadoviç Dağlıq Qarabağdan daxili qoşunların çıxarılması ərəfəsində onların öz problemləri ilə təkbaşına qalacaqlarını deməklə açıq-aydın yalan danışır.

"Məhz o, 366-cı alayın hərbçiləri ilə birlikdə 1992-ci ilin fevralında Xocalıda qətliam törədərək sovet qoşunlarının son imkanından istifadə edib. Azadoviç, siz bu faktın sübutunu Britaniya jurnalisti de Vaalyanın "Qara Bağ" kitabında, eləcə də erməni terrorçusu Monte Melkonyanın qardaşının xatirələrində tapa bilərsiniz", - Poluxov vurğulayıb.

Sarkisyan müsahibəsində onu da bildirib ki, Dağlıq Qarabağ xalqı öz həyatını özü həll etməlidir, öz tarixi vətənində təhlükəsiz tərəqqi tapmaq üçün bütün imkanlara malik olmalıdır və ərazi bütövlüyü prinsipi sərhədlərin sarsılmazlığı demək deyil.

Bu fikirləri şərh edən Poluxov qeyd edib ki, görünür Ermənistan dövlətinin başçısı tarixdən başqa, dövlətlərin ərazi toxunulmazlığı çərçivəsində öz müqəddəratını təyin etmə mexanizmini verən beynəlxalq hüququn müddəaları ilə də tanış deyil.

"Müsahibə verərkən və "bu növ öz müqəddəratını təyin etmə olmur və bu variant kəsilmiş və primitivdir" deyərkən, Ermənistan rəhbəri Rusiya ərazisində bir sıra öz müqəddəratını təyin edən muxtar qurumların olduğunu unudur, bununla da ya müsahibə verdiyi ölkənin KİV-inin bilərəkdən ürəyini qırır, ya da özünün savadsızlığını nümayiş etdirməkdə davam edir", - Poluxov əlavə edib.

Sarkisyanın sözlərinə görə, Qarabağ problemi bütün oxşar problemlərdən fərqlənir.

"Ümumiyyətlə, bütün bu münaqişələr özünəməxsusdur, hər birinin xüsusi səbəbləri, nəticələri, inkişaf dinamikası var. Presedent kimi, əlbəttə ki, dünyada yeni dövlətlərin qurulması Dağlıq Qarabağ xalqının hüququnun beynəlxalq miqyasda qəbuluna müsbət təsir göstərir", - Sarkisyan müsahibədə bildirib.

Poluxovun sözlərinə görə, Ermənistan Prezidenti məntiqsizlikdən danışarkən özü anoloji şəkildə görünür, yəqin yenə də təhsili ona dərk etməyə imkan vermir ki, Ermənistan və Azərbaycan hansı şəraitdə, məhz - SSRİ-nin könüllü süqutu nəticəsində, keçmiş SSRİ-yə daxil olan, dünya ictimaiyyətində Sovet İttifaqı çərçivəsinə olan sərhədləri ilə tanınan respublikaların sərhədlərinin zorla dəyişdirilməsi faktı olmadan müstəqillik əldə edib.

"Sarksiyan ərazi bütövlüyü sərhədlərin sarsılmazlığı demək deyil ideyası ilə beynəlxalq hüquqa, eləcə də Ermənsitanın qoşulduğu Helsinki Yekun Aktına, onun üzv odluğu BMT və ATƏT-in nizamnamələrinə və suveren dövlətin sərhədlərinin zorla dəyişdirilməsinin yolverilməzliyini dəqiqliklə bildirən çoxlu sayda beynəlxalq sənədlərə zidd getdiyini bilirmi?", - Poluxov bildirib.

Onun sözlərinə görə, Ermənistan Prezidenti bir tərəfdən Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə hüququna bəraət qazandıran ərazi xarakterli müxtəlif münaqişələri müsbət nümunə kimi göstərəndə və elə oradaca bu münaqişələrin özünəməxsus və unikal olması haqqında danışanda, daha anoloji görünür.

"Moskovskiye Novosti"nin "Real döyüş əməliyyatlarının başlanması riski böyükdürmü?" sualına Sarkisyan cavab verib ki, belə ehtimal var, çünki "heç çürə başa düşə bilmirəm ki, nə üçün Azərbaycan danışıqlar prosesini yubadır". Bundan başqa, Sarkisyanın sözlərinə görə, Ermənistan indi yox, gələcəkdə Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər.

"Biz danışıqlar aparırıq, Dağlıq Qarabağın tanınması isə danışıqlar prosesinin pozulması demək olacaq. Hər halda yaxşısı danışıqları davam etdirməkdir", - Sarkisyan vurğulayıb.

Poluxovun sözlərinə görə, Serj Azadoviç bildirir ki, Azərbaycan danışıqlar prosesini yubadır və bu halda özü döyüş əməliyyatlarının başlanmasının mümkünlüyü ilə təhdid edir, həm də Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının mümkünlüyü ilə şantaj etməyə çalışır, lakin elə həmin anda səhvə yol verərək, "yaxşısı danışıqları aparmaqdır" deyir.

Sarkisyan müsahibədə Ermənistan əhalisinin acınacaqlı vəziyyətinə görə Azərbaycan və Türkiyəni də günahlandırıb. "Bu şəraitdə əhalini hətta ilk zəruri mallarla təmin etmək belə, çətin vəzifə olub. Bizim enerji təminatı ilə çoxlu problemlərimiz yaranıb. Və ən böyük nailiyyət məhz ondan ibarət idi ki, biz sabitliyi təmin edə bildik", - Sarkisyan qeyd edib.

Müsahibəni şərh edən Poluxov deyib ki, Sarkisyan separatçı hərəkatın başında duarnlardan birinin özünün olması barədə utancaqlıqla susub. Məhz hərəkatın əməlləri nəticədə Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparılmasına, yer üzündən onlarla şəhər və kəndin silinməsinə, tarixi, mədəni və dini abidələrin dağıdılmasına, minlərlə qaçqın və məcburi köçkünün yaranmasına gətirib çıxardı.

"Ermənistan Prezidentinin müsahibəsini qiymətləndirərkən qeyd etmək lazımdır ki, elə təəssürat yaranır ki, yalnız qonşular, tarix və hazırkı gündən danışan Serj Azadoviç öz əhalisinin diqqətini maksimal surətdə reallıq və problemlərdən, eləcə də hazırda Ermənistanda mövcud olan fəlakətli vəziyyətdən yayındırır. Öz hərbi xərclərini azaltmaq, regionda irəliləyişə şərait yaratmaq üçün Azərbaycan ərazisindən işğalçı ordunu çıxarmağa başlamaq kifayət edir. Bundan isə ilk növbədə Ermənistan fayda qazanacaq və öz xalqının rifahının yaxşılaşdırılması üçün şərait yaradacaq", - Poluxov vurğulayıb.

Onun sözlərinə görə, təəssüf ki, Serj Sarkisyan hətta Rusiya KİV-i vasitəsilə auditoriyaya təsir göstərməyə çalışmaqla öz bəyanatlarına tam ziddiyəti ilə seçilib.

Xəbər lenti

Xəbər lenti