...

Xələf Xələfov: Azərbaycan ərazilərinin işğalda qalması ölkənin narkotik vasitələrlə mübarizəsinə böyük maneə yaradır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2011 11:21 (UTC +04:00)
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində narkotik vasitələrin qeyri-qanuni ticarəti ilə məşğul olması faktını Azərbaycan tərəfi daim beynəlxalq təşkilatlar qarşısında qaldırır.
Xələf Xələfov: Azərbaycan ərazilərinin işğalda qalması ölkənin narkotik vasitələrlə mübarizəsinə böyük maneə yaradır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində narkotik vasitələrin qeyri-qanuni ticarəti ilə məşğul olması faktını Azərbaycan tərəfi daim beynəlxalq təşkilatlar qarşısında qaldırır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə xarici işlər nazirin müavini Xələf Xələfov deyib.

"Biz beynəlxalq təşkilatlar qarşısında və beynəlxalq görüşlər çərçivəsində daim məsələ qaldırırıq ki, işğal olunmuş ərazilər Azərbaycanın nəzarətindən çıxdığı üçün bu ərazilərdə Ermənistanın qeyri-qanuni fəaliyyəti mövcuddur", - Xələfov bildirib.

Onun sözlərinə görə, işğal edilmiş Azərbaycan ərazilərində narotik qaçaqmalçılığı, narkotiklərin becərilməsi və ticarəti həyata keçirilir. Bu məsələ beynəlxalq təşkilatların diqqət mərkəzində olmalıdır.

Xələfov deyib ki, Azərbaycan bununla bağlı beynəlxalq birliyin məlumatlandırılması baxımından lazımi qədər işlər görüb. Bu işlərin səmərəli olması üçün beynəlxalq təşkilatlar daha çox fəaliyyət göstərməlidirlər.

XİN rəsmisi bildirib ki, Azərbaycan ərazilərinin işğalda qalması ölkənin narkotik vasitələrlə mübarizəsinə böyük maneə yaradır. Bu faktı beynəlxalq təşkilatlar dərk edirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti