...

Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Dekabr 2011 18:45 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla nizamlanması mümkün deyil, bu münaqişəni həll etməyin yeganə yolu tərəflər arasında sülh danışıqlarıdır.
Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz - ABŞ səfiri

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir V.Javoronkova/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla nizamlanması mümkün deyil, bu münaqişəni həll etməyin yeganə yolu tərəflər arasında sülh danışıqlarıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza mətbuat konfransında deyib.

"Biz həmişə demişik ki, münaqişənin hərbi həlli yoxdur, münaqişənin yeganə nizamlanma yolu hər iki tərəf arasında sülh danışıqları olmalıdır", - Brayza hesab edir.

Brayza, həmçinin, prezidentlərin növbət görüşündən sonra tərəqqiyə ümid etdiyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti