...

Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı əsgərin Dağlıq Qarabağda əsir düşməsi faktını təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2012 10:11 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsgərin Dağlıq Qarabağda əsir düşməsi faktını təsdiqləyib
Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı əsgərin Dağlıq Qarabağda əsir düşməsi faktını təsdiqləyib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsi azərbaycanlı əsgərin Dağlıq Qarabağda əsir düşməsi faktını təsdiqləyib.

Beynəlxalq Qızıl Xaç Komitəsinın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhramanova çərşənbə günü Trend-ə bildirib ki, BQXK-nin Xankəndi ofisinə Dağlıq Qarabağın "de-fakto" hakimiyyət orqanlarından bir azərbaycanlı əsgərin əsir düşməsi barədə məlumat daxil olub.

Mümkün olan kimi BQXK-nin əməkdaşları əsirə baş çəkəcək.

Qeyd edək ki, Ermənistan KİV Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Yuxarı Çaylı kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin çavuşunun əsir götürülməsi barədə məlumat yayıb.

Məlumata görə, o, əsgər Axundzadə Məmmədbağır Talıb oğludur.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti