...

Aİ Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəyi gücləndirməyə hazırdır - komissar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Fevral 2012 18:54 (UTC +04:00)
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəyi gücləndirməyə hazırdır.
Aİ Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəyi gücləndirməyə hazırdır - komissar

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəyi gücləndirməyə hazırdır. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi videokonfransda Aİ-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle deyib.

Füle ATƏT-in Minsk qrupuna dəstəyi gücləndirməyə hazır olduqlarını bildirib.

"Bu dəstək Şərq Tərəfdaşlığı prosesi çərçivəsində ola bilər", - o deyib.

Komissar qeyd edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimadı gücləndirmək üçün tədbirlər həyata keçirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti