...

Cəbhədə vəziyyət yenidən gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2012 10:15 (UTC +04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.
Cəbhədə vəziyyət yenidən gərginləşib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 2-də saat 17:10-dan 17:15-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 19:15-dən 19:25-dək, 22:30-dan 23:00-dək və 23:05-dən 23:35-dək Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi, saat 08:15-dən 08:20-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:10-dan 21:15-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:45-dən 22:50-dək və aprelin 3-də 00:20-dən 00:25-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti