...

Sergey Lavrov: Moskva bundan sonra da Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda kömək etməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Aprel 2012 17:53 (UTC +04:00)
Azərbaycan və Rusiya bir çox problemlərin həllini tapmağa çalışır və təkcə ikitərəfli formatda deyil, eləcə də beynəlxalq arenada mövqelərinin yaxınlığını dəfələrlə sübut ediblər.
Sergey Lavrov: Moskva bundan sonra da Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda kömək etməyə hazırdır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan və Rusiya bir çox problemlərin həllini tapmağa çalışır və təkcə ikitərəfli formatda deyil, eləcə də beynəlxalq arenada mövqelərinin yaxınlığını dəfələrlə sübut ediblər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Bakıda mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Mənim Bakıya cari səfərim əməkdaşlığın praktiki inkişafını gözdən keçirmək üçün yaxşı imkandır", - nazir qeyd edib.

Nazirin sözlərinə görə, iki ölkənin prezidentlərinin himayəsi altında uğurla həyata keçirilən humanitar forum layihəsi buraxılıb.

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və bu məsələdə regionda yaşayan insanların maraqlarından çıxış edir. Moskva Bakının razılığı ilə bundan sonra da danışıqlarda kömək etməyə hazırdır", - Lavrov deyib.

Xəbər lenti

Xəbər lenti