...

Aİ Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üzrə prinsiplərini yenidən göstərdi - ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2012 17:26 (UTC +04:00)
Qərb Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü mövqeyində dayanır və Qərbin dəstəyi ərazisi işğal edilən və bu ərazilərdən 20 il əvvəl qovulmuş 1 milyon qaçqının yaşadığı Azərbaycanın tərəfindədir.
Aİ Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üzrə prinsiplərini yenidən göstərdi - ekspert

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Qərb Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü mövqeyində dayanır və Qərbin dəstəyi ərazisi işğal edilən və bu ərazilərdən 20 il əvvəl qovulmuş 1 milyon qaçqının yaşadığı Azərbaycanın tərəfindədir. Bunu Almaniya Xarici Siyasət Şurasının "Rusiya-Avrasiya" mərkəzinin direktoru, Trend-in Ekspert Şurasının üzvü Aleksandr Rar bildirib.

"Avropa Parlamenti yeni qətnamədə bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirmək hüququnun tanınmaması üzrə prinsiplərini göstərib", - Rar Berlindən Trend-ə telefonla deyib.

Avropa Parlamenti "Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş çərçivəsində Aİ ilə danışıqlar üzrə qətnamə" qəbul edib. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünə ehtiram əks olunub. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Qətnamə Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qəbul olunub.

Qətnamədə qeyd edilir ki, Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmayanadək, ərazilər Azərbaycanın nəzarəti altına keçməyənədək, qaçqınlar öz doğma torpaqlarına qayıtmayanadək Avropa İttifaqının "Şərq tərəfdaşılığı" proqramı çərçivəsində Azərbaycan və Ermənistanla assosiasiya haqqında saziş imzalanmayacaq.

Sənəddə həmçinin göstərilir ki, bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğalı faktı, beynəlxalq prinsiplərin pozulması Aİ-nin mehriban qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və "Şərq tərəfdaşlığı" proqramına zərbə vurur. Sənəddə Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz yerləşdirmə faktlarının araşdırılmasının zəruriliyi qeyd edilir.

Rarın sözlərinə görə, Avropa Parlamentinin qətnaməsi Aİ və NATO-nun prinsiplərini təsdiqləyir. Bu prinsiplər ondan ibarətdir ki, hər hansı bir ölkə ilə inteqrasiya ancaq dövlət öz ərazi problemlərini həll edən zaman baş verir.

"Digər tərəfdən, Avropa digər münaqişələrdə olduğu kimi bəzən ikili standartlarla düşünür. Buna görə də, əgər Aİ-nin münaqişənin nizamlanması üzrə mexanizmləri olsaydı və Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən çıxmağa çağırardısa, qətnamənin Azərbaycan üçün böyük faydaları olardı" , - ekspert qeyd edib.

Xəbər lenti

Xəbər lenti