...

Azərbaycanın təhsil müəssisələrində Şuşa dərsi keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2012 18:01 (UTC +04:00)
May ayı ərzində Azərbaycanın ali təhsil müəssisələrində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş xüsusi dərs keçiriləcək.
Azərbaycanın təhsil müəssisələrində Şuşa dərsi keçiriləcək

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

May ayı ərzində Azərbaycanın ali təhsil müəssisələrində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş xüsusi dərs keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə daxil olan məlumata görə, təhsil naziri Misir Mərdanovun bununla bağlı imzaladığı əmrdə ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıqlar verilib.

Bununla yanaşı, ali təhsil müəssisələrində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına dair beynəlxalq elmi-praktiki konfranslar keçiriləcək. Təhsil müəssisələrində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar xatirə gecələri keçiriləcək, foto və rəsm sərgiləri təşkil olunacaq.

Şuşaya dair "Facebook", "Twitter" və digər sosial şəbəkələrdə "İşğala Yox!" təbliğat kampaniyalarında şagird, tələbə və müəllimlərin fəal iştirakı təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti