Azərbaycan, Bakı, 23 iyul /Trend/
Cəbhə xəttində atəşkəs yenə də pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Sarıcalı; Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.