...

Ağdam, Cəbrayıl, Goranboy və Füzuli istiqamətlərində atəşkəs növbəti dəfə pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2012 09:58 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ağdam, Cəbrayıl, Goranboy və Füzuli istiqamətlərində atəşkəs növbəti dəfə pozulub

Azərbaycan, Bakı, 15 avqust /Trend/

Cəbhənin Ağdam, Cəbrayıl, Goranboy və Füzuli istiqamətlərində atəşkəs növbəti dəfə pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə işğal olunmuş Ağdam rayonunun Şıxlar, Kəngərli, Sarıcalı; Cəbrayıl rayonunun Mehdili; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti