...

Mübariz Əhmədoğlu: Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün Dağlıq Qarabağ ərazisində keçirilməsi daha məqsədəuyğundur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Yanvar 2013 12:07 (UTC +04:00)
Ermənistanın dini lideri II Qareginin Azərbaycanın dini lideri, şeyxülislam hacı Allahşükür Paşazadəni Dağlıq Qarabağ ərazisində görüşə dəvət etməsi bütün hallarda diqqətçəkən hadisədir.
Mübariz Əhmədoğlu: Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün Dağlıq Qarabağ ərazisində keçirilməsi daha məqsədəuyğundur

Azərbaycan, Bakı, 10 yanvar / Trend müxbir M.Əliyev/

Ermənistanın dini lideri II Qareginin Azərbaycanın dini lideri, Şeyxülİslam Hacı Allahşükür Paşazadəyə Dağlıq Qarabağ ərazisində görüş təklf etməsi bütün hallarda diqqətçəkən hadisədir. Bu barədə cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"II Qaregin Ermənistan Prezidenti Serj Sarkisyanla hədsiz yaxındır. O nəinki Ermənistanda, ümumiyyətlə, dünya erməniləri arasında qriqorianlığı prezident Sarkisyanın xidmətçisinə çevirib. Ermənistanla Türkiyə arasında Sürix protokollarına II Qareginin mövqeyi Sarkisyanı dəstəkləməkdən ibarət oldu. Digər ölkələrdəki ermənilər, o cümlədən erməni kilsələri etiraz etsələr də, II Qaregin mövqeyini Sarkisyanın mövqeyindən fərqləndirmədi. II Qaregin Sarkisyanın Dağlıq Qarabağ siyasətinə bələddir və onun bu siyasətinin reallaşmasında iştirak edir. Sarkisyanın Dağlıq Qarabağa səfərləri zamanı II Qaregin onu həmişə müşayiət edib. Xaricdən gələn bütün qonaqları qəbul edir və Dağlıq Qarabağ məsələsində Ermənistana kömək etməyi onlardan xahiş edir", - o deyib.

Politoloq vurğulayıb ki, Gürcüstandakı nümayəndəsi V.Mirzəxanyanın dilindən Dağlıq Qarabağda görüşlə bağlı səslənmiş fikri II Qareginin digər nümayəndəsi vasitəsilə israrla təsdiq etdirməsi diqqətdən yayınmamalıdır.

"Sarkisyanın Dağlıq Qarabağa azərbaycanlıların daxil olmasına qadağa qoyması sirr deyil. O da nəzərə alınmalıdır ki, Ermənistan mətbuatı II Qaregini Paşazadəni Qarabağa dəvətindən imtina etməyə təkid edir", - o deyib.

Əhmədoğlu bildirib ki, Ermənistanın dövlətçiliyi ətafındakı təhlükələr ölkə rəhbərliyində Dağlıq Qarabağ məsələsi üzrə vasitəçilərin iştirakı olmadan Azərbaycanla dialoqa ehtiyac yarada bilər.

"Sarkisyan başa düşür ki, vaxtilə Ermənistanla müttəfiqlik etmiş qüvvələr nə vaxtsa Dağlıq Qarabağı Ermənistandan alıb Azərbaycana qaytaracaqlar. Bu proses üzrə həlqə Ermənistanın ətrafında getdikcə daralır. Dağlıq Qarabağ münaqişəsinin real tənzimlənməsi Dağlıq Qarabağ azərbaycanlıları oraya qayıtdıqdan sonra başlayacaq. Tənzimləmə prosesinin nə qədər davam edəcəyini heç kim deyə bilməz. Lakin Dağlıq Qarabağın statusunun erməni və azərbaycanlı icmaları tərəfindən müəyyən edilməsi artıq razılaşdırılıb. Azərbaycan-Ermənistan sərhədində görüş xətrinə keçirilən görüşdən Dağlıq Qarabağ ərazisində keçirilən görüş daha əhəmiyyətlidir", - politoloq qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan üçün indiki parametrlərdə bu görüşün heç bir ziyanı yoxdur. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasındakı dialoqun təşkili rəsmi Bakının dəstəklədiyi əsas prioritetlərdəndir.

"Azərbaycanın dini lideri Dağlıq Qarabağa görüşə gedərkən rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinin böyük əksəriyyətinin Dağlıq Qarabağ azərbaycanlılarından ibarət olmasına nail ola bilər. Dini liderimizin başçılıq etdiyi, əksəriyyəti Qarabağ əsilli ziyalılardan ibarət nümayəndə heyətinin Dağlıq Qarabağa Ağdam rayonu ərazisindən daxil olması vacib şərtdir", - Əhmədoğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti