...

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2013 10:10 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində təxribatı davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Mərzili, Qaraqaşlı, Şirvanlı, Şıxlar və Sarıcalı, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti