...

Elmar Məmmədyarov: Azərbaycan tərəfləri qane edə biləcək, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2013 20:00 (UTC +04:00)
"Azərbaycan tərəfləri qane edə biləcək, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır".
Elmar Məmmədyarov: Azərbaycan tərəfləri qane edə biləcək, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır

Azərbaycan, Bakı, 2 Fevral, /Trend, müxbir Elşad Qəzvini/

"Azərbaycan tərəfləri qane edə biləcək, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır". Trend-in məlumatına görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münxen təhlükəsizlik konfransında çıxışı zamanı belə deyib: " İndiyədək Dağlıq Qarabağ münaqışəsilə bağlı BMT-nin 4 qətnaməsi mövcuddur ki, bu da birbaşa Azərbaycan ərazilərinin işğaldan azad edilməsi tələbilə bağlıdır. Problemə dair Praqa prosesinin yer alması da, çözüm prosesində irəliləyiş yaratmadı. Biz bu gün münaqişənin tezliklə həllinin nə qədər vacib olduğunu hiss edirik" - deyə Məmmədyarov cıxışında bildirib.

Nazir qəti şəkildə bildirib ki, Cənubi Qafqaz regionunun stabilliyi və təhlukəsizliyinə kölgə düşməməsi baxımından hazırda problemin nizamlanması ücün əlverişli vaxtdır. Məmmədyarov artıq uzun müddətdir ki, münaqişənin nizamlanma zamanının yetişdiyini də sözlərinə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti