...

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2013 10:12 (UTC +04:00)
Dünən erməni silahlı bölmələri mövqelərimizi bir neçə istiqamətdən iriçaplı silahlardan atəşə tutublar.
Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İzzət/

Dünən erməni silahlı bölmələri mövqelərimizi bir neçə istiqamətdən iriçaplı silahlardan atəşə tutublar.

Müdafiəə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacalı və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun işğal olunmuş Mərzili, Cəvahirli və Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti