...

Ermənistan vətəndaşları Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2013 17:53 (UTC +04:00)
Martın 16-da Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16:50-də, martın 17-də isə Ermənistanın İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16:20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıblar.
Ermənistan vətəndaşları Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıb

Azərbaycan, Bakı, 18 mart /Trend/

Martın 16-da Ermənistanın Noyemberyan rayonu Dovex kənd sakini Karyan Durmuş Sarkisoviç saat 16:50-də, martın 17-də isə Ermənistanın İcevan rayonu Ayqovid kənd sakini Arakelyan Anahid Hamazasovna saat 16:20-də təmas xəttininin Qazax rayonu istiqamətində Azərbaycan tərəfə keçərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıblar. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onların hansı səbəbdən təmas xəttini pozmaları araşdırılır.

Hazırda onlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının ixtiyarına veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti