...

Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Aprel 2013 18:07 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır.
Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.İsmayılov/

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır. Trend-in məlumatına görə, bunu Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Roland Kobia jurnalistlərə açıqlamasında bildirib.

"Avropa İttifaqı bir neçə dəfə münaqişə tərəflərinə öz köməyini təklif edib, xüsusilə də tərəflər arasında etibarın yaradılması məsələsində öz təkliflərini təqdim edib və indi cavab gözləyir", - Kobia deyib.

O qeyd edib ki, Aİ münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupuna daxil deyil, lakin təşkilat bu məsələdə öz köməyini göstərməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti