...

YAP gəncləri "Mən Qarabağam!" layihəsinə start veriblər (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2013 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi gənclərin təmsil olunduğu müxtəlif təşkilatların və fərdi şəxslərin dəstəyi ilə "Mən Qarabağam!" layihəsinə start verib.

Birlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində hazırlanmış və tarixi Azərbaycan torpaqlarının işğalı faktını əks etdirən, xarici vətəndaşların dilindən səsləndirilən videoçarxlar nümayiş etdirilib və bu videoçarxlar internetdə yayımlanıb (http://www.youtube.com/watch?v=otK_yrBa_ZI&feature=youtu.be, https://www.youtube.com/watch?v=09f_gzVh9H4).

Bu layihənin birinci videoçarxı Şuşaya həsr edilib. "Mən Şuşayam!" videoçarxında 20-dən artıq ölkədə çəkilmiş videolar nümayiş etdirilir.

Şuşanın ermənilər tərəfindən işğal olunmasının 21-ci ildönümü ilə əlaqədar olaraq hazırlanan ilk layihə davamlı olaraq digər rayonlarımızın işğal günlərində də həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti