...

Əsirlikdə olan Akop İnciqulyan Allahşükür Paşazadə ilə görüşündə üçüncü ölkəyə getmək istədiyini açıqlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Noyabr 2013 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.Mehdiyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin təmas xəttində əsir düşmüş Ermənistan hərbçisi Akop İnciqulyanla görüşü zamanı erməni əsir üçüncü ölkəyə getmək istədiyini açıqlayıb. Bu barədə Trend-ə QMİ-dən məlumat verilib.

Əsir Ermənistan ordusunda işgəncələrə məruz qaldığını, Azərbaycanda ona çox yaxşı qayğı göstərildiyini bildirib.

Qeyd edək ki, noyabrın 1-də A.Paşazadə erməni katolikosu II Qareginin xahişi ilə erməni əsirlə görüşüb. Görüş zamanı QMİ sədri əsirdən ölkəsinə qayıdıb-qayıtmaması ilə bağlı fikrini öyrənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti