...

Ceyms Uorlik: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yaxşı başlanğıc oldu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Noyabr 2013 16:11 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasındakı görüş yaxşı başlanğıc oldu.
Ceyms Uorlik: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yaxşı başlanğıc oldu

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir S.Əhmədova/

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasındakı görüş yaxşı başlanğıc oldu. Bunu Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

C.Uorlik bildirib: "Mən bu görüşün nəticəsindən razı qaldım və dekabrın əvvəlində Kiyevdə xarici işlər nazirlərinin görüşü zamanı növbəti addımları müəyyənləşdirməyə səbirsizlənirəm".

Amerikalı həmsədrin sözlərinə görə, bu görüş sülh prosesini yenidən aktivləşdirmək, münaqişədən əziyyət çəkən insanların narahatlıqlarını aradan qaldırmaq yolunda sadəcə ilk addımdır.

Qeyd edək ki, noyabrın 19-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın görüşü olub. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti