...

Həmsədrlər gələn həftə regiona səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Yanvar 2014 19:39 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər.
Həmsədrlər gələn həftə regiona səfər edəcəklər

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir S.Ağayeva/

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə tərəflərlə danışıqların davam etdirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti