...

Baş nazirin müavini: Türkiyə Xocalıda yaşanan qətliamı unutmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2014 11:55 (UTC +04:00)
Türkiyə Baş nazirinin müavin Əmrullah İşlər Türkiyənin Xocalı qətliamını əsla unutmayacağını bildirib.
Baş nazirin müavini: Türkiyə Xocalıda yaşanan qətliamı unutmayacaq

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Baş nazirinin müavin Əmrullah İşlər Türkiyənin Xocalı qətliamını əsla unutmayacağını bildirib. Trend xəbər verir ki, bu barədə İşlər öz rəsmi Twitters səhifəsində məlumat yayıb.

İşlər qeyd edib: "Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək".

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti