...

Ranko Krivokapiç: ATƏT regional münaqişələrin həlli istiqamətində səylərini davam etdirir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyun 2014 15:17 (UTC +04:00)
"Regionda problemlərin olmasına baxmayaraq, Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəliklərə sadiq qalır. Buna baxmayarq, görüləsi işlər çoxdur və biz bundan sonra da əməkdaşlığı davam etdirməliyik".
Ranko Krivokapiç: ATƏT regional münaqişələrin həlli istiqamətində səylərini davam etdirir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Regionda problemlərin olmasına baxmayaraq, Azərbaycan ATƏT qarşısında götürdüyü öhdəliklərə sadiq qalır. Buna baxmayarq, görüləsi işlər çoxdur və biz bundan sonra da əməkdaşlığı davam etdirməliyik". Trend-in məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç Bakıda ATƏT PA-nın 23-cü sessiyasının açılışı mərasimində çıxışında deyib.

R.Krivokapiç bildirib ki, təşkilat ATƏT məkanındakı münaqişələrin həllinə çalışır və bu istiqamətdə səylərini davam etdirir: "Hesab edirəm ki, Bakıda keçirilən bu tədbirdə bütün bunları ətraflı müzakirə edəcəyik və ümid edirəm ki, bütün məsələlər ATƏT-in Bakı bəyannaməsində öz əksini tapacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti