...

Azərbaycan əraziləri Ermənistan tərəfdən atəşə tutulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Yanvar 2015 10:03 (UTC +04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.
Azərbaycan əraziləri Ermənistan tərəfdən atəşə tutulub

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir İlkin İzzət/

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 39 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, erməni silahlı bölmələri Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Yarımca, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Cəvahirli, Kəngərli, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti