...

Zakir Həsənov Kasprşiklə cəbhə xəttindəki vəziyyəti müzakirə edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Fevral 2015 13:17 (UTC +04:00)
Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib.
Zakir Həsənov Kasprşiklə cəbhə xəttindəki vəziyyəti müzakirə edib

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, fevralın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.

Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti