...

ATƏT-in monitorinqi bu dəfə insidentsiz bitib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2015 15:00 (UTC +04:00)
Cəbhədəki monitorinq insidentsiz başa çatıb.
ATƏT-in monitorinqi bu dəfə insidentsiz bitib

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/

Cəbhədəki monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 20-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.

Qeyd edək ki, 2015-ci ilin yanvar və fevral ayları ərzində Ermənistan tərəfi ATƏT-in monitorinq apardığı zaman cəbhə xəttində 2 dəfə təxribat törətməyə cəhd göstərərək monitorinqin keçirildiyini ərazini atəşə tutublar. Bunlardan biri yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndi, digəri isə yanvarın 29-da Qazaxın Məzəm kəndi istiqamətində baş verib. Bu faktları ATƏT-in cəbhə xəttində monitorinq aparan nümayəndələri də təsdiq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti