...

Nyu Meksiko qubernatorundan Xocalı məktubu (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2015 11:10 (UTC +04:00)
ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb.
Nyu Meksiko qubernatorundan Xocalı məktubu (FOTO)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir Elçin Mehdiyev/

ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinez Xocalı soyqırımının ildönümü ilə bağlı məktub imzalayıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Konsulluğa daxil olmuş məktubda qubernator Martinez Nyu Meksiko ştatında və bütün dünyada yaşayan azərbaycanlılara Xocalı qətliamının 23-cü ildönümü və qətliamın qurbanlarının anılması ilə bağlı dərin başsağlığı verdiyini bildirir.

Həmçinin, məktubda Azərbaycanın Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixlərində baş vermiş faciədə böyük sayda uşaqlar, qadınlar və yaşlı insanlar da daxil olmaqla, 600-dən çox günahsız insanın qətlə yetirildiyi vurğulanır.

Qeyd edək ki, bu, Nyu Meksiko qubernatoru tərəfindən Xocalı soyqırımının tanınması ilə bağlı imzalanmış ilk rəsmi sənəddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti