...

Cəbhədə gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 İyul 2015 09:46 (UTC +04:00)
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm. minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 84 dəfə pozub.
Cəbhədə gərginlik davam edir

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 mm. minaatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 84 dəfə pozub.

Trend Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa, Ermənistanın işğalı altında olan Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Qızıloba, Çaylı, Ağdam rayonunun Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli, Yusifcanlı, Kəngərli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti