...

Ceyms Uorlik: "Öz gücümüz daxilində hər şeyi edirik"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2015 19:37 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bütün region üçün böyük əhəmiyyət kəsb edir.
Ceyms Uorlik: "Öz gücümüz daxilində hər şeyi edirik"

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bütün region üçün böyük əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu Bakıda olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O, qeyd edib: "Biz gələcək nəsillər naminə sülhə nail olmalıyıq. Sülh hər iki xalqa fayda verəcək. Azərbaycan və Ermənistan xalqları bir-birini tanımaq üçün əlaqə yaratmalıdırlar".

Həmsədr əlavə edib: "Mən bizim ünvanımıza səsləndirilən tənqidləri anlayıram. Biz bu münaqişəni həll etmək üçün öz gücümüz daxilində hər şeyi edirik. Vacib olan bizim bəyanatlarımız deyil, dövlət başçılarının atdığı addımlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti