...

Bir yumruq kimi birləşməliyik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Noyabr 2015 08:00 (UTC +04:00)

Azərbaycan xəbərlər xidməti

Azər Niftiyev - Trend:

Elə bir dövrə gəlib çatmışıq ki, artıq tarix, bəşəri dəyərlər məqsədli şəkildə saxtalaşdırılır, böyük siyasi oyunların tərkib hissəsinə çevrilir. Kimə necə sərf edirsə, tarixi o cür xeyrinə saxtalaşdırır, milyonlarla insanın faciəsi üzərindən öz siyasi maraqlarını həyata keçirirlər.

Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olması və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı çoxaylı qətnamələr qəbul edib, bir neçə gün öncə AŞPA-nın Siyasi İşlər Komitəsi də bu qərara şərik olduğuna dair daha bir qətnamə yayıb, məkrli və riyakar Sarkisyan rejimi hər vəchlə bunun əksini söyləməyə, tarixi saxtalaşdırmağa çalışır.

Heç şübhəsiz, Sarkisyanın verdiyi bəyanatların arxasında olduqca ciddi siyasi səbəblər dayanır. Əvvəla, Sarkisyan və onun rəhbərlik etdiyi xunta rejimi əmindir ki, dünyanın aparıcı beynəlxalq təşkilatlarının qətnamələri icra mexanizminə mailk deyil və sadəcə, tövsiyə xarakteri daşıyır.

Digər yandan, irtica rejiminin rəhbəri onu da bilir ki, "sərhədsiz demokratiya" anlayışını böyük siyasətə gətirənlər, lazım gəlsə, verdikləri qərarların, qəbul etdiyi qətnamələrin arxasından heç nə olmamış kimi qaçırlar. Daha açıq desək, qlobal siyasətdə siyasi riyakarlığı adi normaya çevirirlər.

Xunta rejiminin daha bir "stavkası" dünyanın müxtəlif dövlətlərinə səpələnmiş erməni lobbisinədir. Ölkəyə gətirdiyi sosial fəlakətlər nəticəsində əhalisinin yarıdan çoxu mühacirətə üz tutan rejim ideoloji təsir imkanlarını işə salıb "Dağlıq Qarabağ həqiqətləri"ni dünyaya yaymağa çalışır. Bununla, həm Ermənistan daxilində baş qaldıran sosial partlayışın önünə sədd çəkmək, həm də erməni diasporunun xdmətlərindən mümkün qədər çox yararlanmaq niyyəti güdür.

Erməni hiyləgərliyi beynəlxalq siyasətdə, müxtəlif dövlətlərin seçki təcrübəsində də özünü göstərir. Aparıcı dövlətlərin seçkili orqanlarında ermənilər müəyyən səs imkanları əldə edib, siyasi riyakarlığa yol verməklə, siyasi tərəflər arasında "oynaq gedişlər" etməklə, öz imkanlarını tarixin saxtalaşdırılmasına, "böyük Ermənistan" ideyasının təbliğinə həsr edirlər. Əldə etmiş olduğu gəlirləri xaricdə yaşayan erməni alimlərin tarixi saxtalaşdırmaqla bağlı araşdırmalarına yönəldirlər. Təəssüf ki, dünyanın aparıcı dövlətləri öz maraqları çərçivəsində onlarla razılaşırlar.

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mərasimdə söylədiyi fikirlər, səsləndirdiyi bəyanatlar Azərbaycan hökumətinin erməni lobbisinin saxta təbliğatına qarşı dayanmaq əzmində olduğunu, bu istiqamətdə yeni bir mərhələnin başlandığını nümayiş etdirir. Ölkə başçısı çox düzgün vurğuladı ki, Azərbaycanın çox zəngin tarixi var və biz öz tariximizi, reallıqları dünya miqyasında daha dolğun təqdim etməliyik.

Prezidentin çıxışı Azərbaycandan kənarda fəaliyyət göstərən, dövlətin bilavasitə dəstəyi ilə əhatə olunmuş diaspor təşkilatlarına, tarixi tədqiqatlarla məşğul olan ailmlərə, o cümlədən Vətənini, dövlətini sevən hər kəsə bir mesajdır. Hər birimiz, hansı statusu daşımağımızdan və hansı mövqedə olmağımızdan asılı olmayaraq, erməni saxtakarlığına və riyakarlığına qarşı mübarizə aparmalı, erməni lobbisinin yalanlarını ifşa etməliyik. Bu məsələlərdə diaspor təşkilatlarının və onların fəaliyyətini koordinasiya edən Dövlət Komitəsinin, tarixi tədqiqatlarla məşğul olan alimlərimizin üzərinə böyük məsuliyyət düşür.

Unutmamalıyıq ki, Xocalıda insanlığa qarşı bəşəri cinayət törədən, doğma torpaqlarımızın 20 faizini işğal edən, bir milyondan artıq qaçqını öz doğma yurd-yuvalarından didərgin salan bir düşmənlə - Ermənistanla üz-üzə dayanmışıq. Biz bu mübarizədə passiv olacağıqsa, erməni vəhşiliyinin qurbanı olan soydaşlarımızın ruhları bizi bağışlmayacaq.

Hər birimiz Ali Baş Komandanın çağırışına səs verməli, münaqişənin hazırki mərhələsində heç olmasa bacarığımız, imkanlarımız çərçivəsində saxta erməni təbliğatını ifşa etməyə çalışmalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti