...

Azərbaycan ATƏT-in Ermənistandan adekvat addımlar tələb etməsini gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2016 19:32 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışına münasibət bildirib.
Azərbaycan ATƏT-in Ermənistandan adekvat addımlar tələb etməsini gözləyir

Bakı. Trend:

Azərbaycan Müdafiə Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin Novruz və Pasxa bayramları ərəfəsində atəşkəs rejiminə ciddi şəkildə əməl edilməsi çağırışına münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan daima sülhsevər siyasət yeritməklə qoşunların təmas xəttində gərginliyin azaldılması üçün bütün lazımi addımları atır və münaqişənin həlli istiqamətində istənilən beynəlxalq qurumlarla səmərəli əməkdaşlığın tərəfdarıdır.

Qeyd olunur ki, münaqişənin həllində yeganə gözləntimiz məsələyə ədalətlə yanaşmaqla torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün təmin olunmasıdır.

Müdafiə Nazirliyi bildirir ki, A.Kasprşikin təklifini müsbət qarşılayır, qoşunların təmas xəttində təhlükəsizlik tədbirlərini gücləndirməklə Silahlı Qüvvələrimiz atəşkəs rejiminin pozulmaması məqsədilə lazım olan bütün tədbirləri görür və ATƏT-in qarşı tərəfdən adekvat addımların atılmasını tələb etməsini gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti