...

RF XİN nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi məsələsinə aydınlıq gətirib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Aprel 2016 17:04 (UTC +04:00)

İlk xəbər saat 15:26-da yayılıb

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiya və Ermənistanın xarici işlər nazirləri Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. Bunu Trend-ə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində iş dayandırılmır, danışıqlar kompromislərin axtarışı məcrasında davam edir: "Yaxın vaxtlarda xarici işlər nazirləri səviyyəsində Dağlıq Qarabağ üzrə yeni təmasların anonsunu verə biləcəyik".

M.Zaxarova qeyd edib ki, Sergey Lavrovun bu yaxınlarda Bakıya səfəri gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti