Moskva. Orxan Yolçuyev - Trend:
Rusiyanın Dağlıq Qarabağ münaqişəsində vasitəçilərdən biri kimi tərəflərə həll yolunu tapmağa və mövqelərini yaxınlaşdırmağa kömək etmək vəzifəsidir.
Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib: "Bu işin davam etdirilməsi üçün müvafiq ab-havanı yaratmağa kömək etmək vəzifəmizdir. Bu yaxınlarda vəziyyətin gərginləşməsi kimi hallar nizamlanmaya kömək edən ab-havanı pozur".