...

Nazir: Azərbaycan-İran əlaqələri heç zaman bu qədər yüksək səviyyədə olmayıb (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Aprel 2016 13:00 (UTC +04:00)
Azərbaycanın suverenliyi İran üçün olduqca vacibdir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib.
Nazir: Azərbaycan-İran əlaqələri heç zaman bu qədər yüksək səviyyədə olmayıb (ƏLAVƏ OLUNUB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın suverenliyi İran üçün olduqca vacibdir. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib.

O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyib və Dağlıq Qarabağ münaqişəsi zonasında əsgər və dinc sakinlərin həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığını bildirib.

Nazir hesab edir ki, Azərbaycan-İran münasibətləri bu gün olduğu qədər heç vaxt belə yüksək səviyyədə olmayıb: "İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri qurulub. Münasibətlərin belə yüksək səviyyəyə çatmasında ölkə başçılarımızın böyük xidməti var".

Onun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi və bu dəhlizin vacib hissələrindən olan Astaraçay üzərində dəmir yolu körpüsü də Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın, xüsusilə yükdaşımaların, turizm və ticarət əlaqələrinin genişlənməsi baxımdan əhəmiyyətlidir.

İqtisadiyyat naziri Şahin Mustafayev isə Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrimizin inkişafının Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu vurğulayıb: "Son 2 ildə ölkələrimiz arasında 60-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 30-dan çox sənəd imzalanıb, Dövlətlərarası Komissiyasının iki iclası və bir sıra görüşlər təşkil olunub, dövlət başçılarının son 2 ildə 6, son 2 ayda isə 2 görüşü keçirilib".

Nazir qeyd edib ki, Azərbaycan və İran arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, iqtisadi sahədə 40-dan çox olmaqla indiyədək 120 sənəd imzalanıb: "İran Azərbaycanın mühüm ticarət tərəfdaşlarındandır və təkcə 2016-cı ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 53% artıb. Hazırda Azərbaycanda 439 İran şirkəti fəaliyyət göstərir. Azərbaycan və İran arasında Dövlətlərarası Komissiya, müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes-forum, işgüzar görüş və sərgilər təşkil olunur".

Ş.Mustafayev əlavə edib ki, hazırda ölkələrimiz arasında kənd təsərrüfatı, turizm, bankçılıq, əczaçılıq, nəqliyyat və s. sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti